Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su anbarlarımız yay fəslinə hazırdırmı?
Akademik A.P.Karpinskinin maraqlı bir bir fikri var. “Su həyat olmayan yerə dirilik gətirən “canlı qandır”. Qədim yunan filosofu Fales təbiətin bütün hadisələrini suyun hərəkəti və çevrilməsi ilə izah edərək suyu hər şeyin ilk əsası sayırdı.

İnsan orqanizminin ümumi kütləsinin 2/3-si , qanın 80 %-i sudan təşkil olunmuşdur. Bir çox tərəvəz və meyvələrin kütləsinin 90-95%-i sudan ibarətdir.

Yerin su örtüyünün 94%-i okeanların,dənizlərin duzlu suları və bütün şirin suların 75%-ni Arktika və Antarktidada konservləşdirilmiş, içməli sular təşkil edir. Suyun dünyanın müxtəlif regionlarında istifadəsi müxtəlif şəkildə həyata keçirilir.Məlumata görə dünyada kənd təsərrüfatında hər il 3500-3600 km3 su işlədilir, bunun 70% suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə olunan suyun miqdarı sənayedə istifadə olunan suyun miqdarından 3-4 dəfə çoxdur.

Yer kürəsi əhalisinin 4%-nin sudan kifayət qədər istifadə edə bilir- yəni adambaşına sutkada 300-400 litr düşür, bunun da 10%-ni yüksək keyfiyyətli içməli su təşkil edir.

Dünyada inkişaf etməkdə olan ölkələrin hər üç nəfərindən biri içməli su çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80%-i,ölüm hadisələrinin 1/3-i içməli suyun çatışmamazlığı və keyfiyyəti ilə bağlıdır. Ona görə də dünya əhalisinin yüksək keyfiyyətli su ilə təmin olunması mühüm problem kimiqarşıda duran əsas məsələlərdən biridir.

Su ən geniş istifadə olunantəbii ehtiyat hesab olunur. Dünyanın bütün su mənbələrindən bir ildə götürülən suyun miqdarı 4000 km3 təşkil edir. Alimlərin hesablamalarına görə, 2025-ci ilə 45 ölkədə adambaşına düşən suyun həcmi 1000 kubmetr azalacaq.

Su ucuz elektrik enerjisinin mənbəyidir. Dənizlər və çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur. Heydər Əliyev bildirirdi ki, güclü ölkə olmaq üçün güclü iqtisadiyyata malik olmaq lazımdır. İqtisadiyyatın əsasını isə su təşkil edir. Sudan sənayenin şah damarıdır desək yanılmarıq. Məsələn, 1 ton polad istehsal etmək üçün 120 m3 , 1 ton kimyəvi lif istehsalında isə 2000m3 su sərf edilir. Kənd təsərrüfatında sudan daha çox istifadə olunur,süni suvarılan 1 hektar torpağa saniyədə orta hesabla bir litr su gedir. Bir ton buğda əldə etmək üçün 1500m3 , bir ton pambıq becərmək üçün 10000 m3 su tələb olunur. Vegetasiya dövründə bir hektar qarğıdalı sahəsinə 3000 m3 , 1 ha kələm sahəsinə 8000 m3 , 1 ha çəltik sahəsinə isə 12000-20000 m3 su sərf olunur.

Su ən çox əlvan metalların istehsalına sərf edilir : 1 ton nikel əridilməsinə 4000 m3 su tələb olunur. Daha çox su ABŞ-ın sənayesində (260 km3 /il) işlədilir və dünyada sərf olunan suyun cəminin üçdə birini təşkil edir.Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün ərzində orta hesabla 2 litr su qəbul edir.

Ekoloqlar suya bağlı artıq 20 ildir həyəcan təbili çalırlar. Mütəxəssislər bildirilər ki, əgər təsərrüfatın idarə olunmasının mövcud üsulları dəyişməsə, suyun keyfiyyətinin pisləşməsi davam edəcəkdir. Çay və göllərin ekoloji vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Göllərdə suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən , onların yatağının səhiyyə-gigiena vəziyyətindən və b.amillərdən asılıdır. Əvvəllər kiçik su hövzələri antropogen evtrofikasiyaya məruz qalırdısa, indiki dövrdə kaskadla tənzimlənən su anbarlarında-göllərdə suyun çirklənməsi baş verir.

Yerli tədqiqatçılar bildirilər ki, Azərbaycanda su anbarlarının çirklənməsi çayların güclü çirklənməsi ilə əlaqədardır.Hazırda göllərdəki suyun keyfiyyəti onların nəinki rekreasiya ,hətta texniki ehtiyaclarını ödəmək üçün də yararlı deyildir. Beləliklə, Azərbaycan Respublikası indi və gələcəkdə də su hövzələrinin və Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dünyanın müasir texnologiyalarını tətbiq etməklə həyata keçirəcəkdir.

Çox hallarda su əsas qlobal ekoloji problemlərin hakim faktoru sayılır. Su karbon qazı, azot,kükürd,fosfor və b.elementləri qlobal biokimyəvi sikllərin və böyük geoloji siklin ekzogen hissəsinin (eroziyasedimentasiya siklinin) mühüm faktorudur.Qlobal hidroloji sikl ekosferin əsas həyattəminedici mexanizmidir. Bir sıra gərgin ekoloji problemlər su problemləri ilə əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı sistemlərin vəziyyətinin pisləşməsi, ya su rejiminin dəyişməsi nəticəsində (çox vaxt insanın fəaliyyəti nəticəsində) baş verir, və ya əksinə , sistemin antropogen dəyişməsi torpağın susaxlama qabiliyyətinin,bitki tərəfindən suyun tutulub saxlanmasının, torpağın susızdırma qabiliyyətinin və ona uyğun hidroloji rejimin dəyişməsinə səbəb olur.

Su anbarlarının yaranma tarixçəsi

Hər hansı bir ərazidə suya olan ehtiyac çay axımının dayanıqlı həddini keçirsə və digər su ehtiyatları mənbəyi (öncə yeraltı su) olmadıqda və ya ondan istifadə mümkün olmursa çay axımının nizamlanmasına, yaxud bəndin çəkilməsinə və ona uyğun su anbarının yaradılmasına zərurət yaranır. Bəndin və su anbarının yaradılması bərpa olunan su ehtiyatı həcminin artırılmasında mühüm üsul sayılır.Su anbarlarının yaradılması tarixi 3 min il öncəyə dayanır.

Qədim Misirdə eramızdan 3 min il əvvəl Menes fironu dövründə hündürlüyü 15 m, uzunluğu 450 m olan Koşiş bəndi yaradılmışdı. Eramızdan 2300 il əvvəl Qahirədən 80 km cənubi-qərbdə Fayyun çökəkliyində o dövr üçün böyük sayılan həcmi 1km3 olan torpağı suvarmaq məqsədilə Meris su anbarı yaradılmışdı. Təxminən 3500 il eramızdan əvvəl Tiqr çayı üzərində böyük Nimrod tikilmiş və o 1800 ilə qədər , yəni eramızın VII əsrinə qədər qalmışdı.Bu su anbarı Naxran su kanalının köməyilə 400 km uzunluğunda əraziləri suvarırıdı.

Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970-ci illərdən sonra özünün gərgin vəziyyətinə çatdı. Hazırda su anbarlarının yaradılmasında azalmağa doğru meyl var. ABŞ da son 25 ildə su anbarı tikilməmişdir.1995-ci ildə ABŞ-da su anbarlarının tikilməsini dayandırmaq haqqında qərar qəbul olunub.

Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlərdən artıq istifadə olunmur. Qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir.

Su anbarlarında suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən, onların yatağının səhiyyə-gigiyena vəziyyətindən asılıdır. Alimlərin tədqiqatları göstərir ki, çayların intensiv çirklənməsi fonunda yaradılan su anbarları antropogen evtrofikasiya nəticəsində suyun keyfiyyəti kəskin pisləşir. Əvvəllər kiçik su hövzələri antropogen evtrofikasiyaya məruz qalırdısa, indiki dövrdə iri su anbarlarında “suyun çirklənməsi” baş verir.

Dünyada su anbarlarının yaradılmasının təxirə salınması haqqında aşağıdakı səbəbləri də göstərmək olar: Tikintinin baha başa gəlməsi, əhalinin su altında qalan zonadan köçürülməsi, yüksək keyfiyyətli torpaq sahələrinin itirilməsi, ciddi və qabaqcadan məlum olan pis ekoloji nəticələr, bəndin yuxarı və aşağı byefində hidroloji rejimin kəskin dəyişməsi, təyin olunmuş həyat tərzinin və təsərrüfatın pozulması və s.

Məlum olduğu kimi Azərbaycan qədim əkinçilik ölkəsidir. Burada əkinçilik yaranandan bəri suvarmadan istifadə olunmuşdur. Təxminən 3000 il əvvəl yaradılan irriqasiya kanallarının izləri indiyə kimi qalmışdır. Məsələn, VI-VII əsrlərdə tikilən Gərər kanalından hazırda da istifadə olunur. Muğan və Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir.

Kənd təsərrüfatı sahələrinin suvarılması üçün çay sularından başqa kəhriz,bulaq,yağış və qar sularından da istifadə olunurdu. Yağış və qar sularını ,həmçinin çay daşqın sularını toplamaq üçün böyük olmayan bəndlər tikilmiş və su anbarları yaradılmışdı. Təkcə Lənkəran qəzasında 1883-cü ildə əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anbarı olmuşdu.

Suyun təmizliyinə nəzarət

İnkişaf etmiş ölkələrdə (ABŞ,İngiltərə,Fransa,Almaniya) su anbarlarında suyun keyfiyyətini yaxşılaşdırmaq üçün su süni yolla aerasiya edilir. Bu məqsədlə suyu qarışdırmaq və atmosfer oksigeni ilə zənginləşdirmək üçün xüsusi hidropnevmatik qurğudan istifadə olunur və ya sualtı oksigen rezervuarlarından istifadə olunur. Azərbaycanda su anbarında suyun aerasiyası üçün heç bir qurğu və texniki vasitələrdən istifadə olunmur. Mingəçevir su anbarı əsas təyinatından başqa Mingəçevir şəhərini içməli su ilə təmin edir. Gələcəkdə perspektivdə onun suyunun Abşeron yarımadasına gətirilməsi nəzərdə tutulur,suyun təmiz saxlanması üçün su anbarının sahillərində Ceyranbatan su anbarında olduğu kimi sanitar zona yaradılması tədbirini təklif edir. Azərbaycanda olan 56 su anabrından yalnız ikisi (Pirsaat və Ağsu çayından doldurulan Cavanşir su anbarları) demək olar ki, tam lillənməyə məruz qalıb.

Abşeron yarımadasında vahid kanalizasiya sistemi yoxdur, bir çox yaşayış məntəqələri və sənaye müəssisələri çirkab sularını təmizləmədən yaxınlığındakı göllərə axıdılır. Odur ki, göllərin əksəriyyəti hədsiz dərəcədə çirklənməyə məruz qalmışdır. Göllərdəki çirkli sular fauna və floraya öldürücü təsir göstərir.Hazırda göllərdəki suyun keyfiyyətinin vəziyyəti onların nəinki rekreasiya üçün (çimmək,su turizmi və s.) , hətta texniki ehtiyacı ödəmək məqsədilə də istifadə olunması yararlı deyil.Bu isə regionda ekoloji gərginlik yaradır.Göllərin çirklənməsinin qarşısını almaq , onların rekonstruksiya etmək və yarımadada ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

Sənaye və məişət çirkab sularının göllərə axıdılmasının qarşısını almaq məqsədilə bütün sənaye və komunal müəssisələrdə təmizləyici qurğular sistemi yaradılmalıdır;

- Kəskin çirklənmiş və sonradan əmələ gəlmiş göllərin qurudulması;

- Yarımadada suvarma şəbəkələrini tam rekonstruksiya etmək və kənd təsərrüfatı bitkilərinin suvarılması daha proqressiv üsullarla aparılmaslı;

- Drenaj sistemi yaratmaq yolu ilə qurunt sularının səviyyəsini aşağı salmaq və quyulardan istifadə etmək;

- Neftlə çirklənmiş torpaqların rekultivasiyası.

Dövlət başçısının sərəncamı ilə paytaxtda bir sıra göllərdə ekoloji tədbirlər görülsə d,ə bununla işi başa çatmış hesab etmək olmaz. Nəzərə alınmalıdır ki, ölkəmizin əsas su mənbəyi olan Kür, Araz çayları Ermənistan tərəfindən müntəzəm olaraq çirkləndirilir və ekoloji terrora məruz qalırıq. Bu mənada həyat mənbəyimiz olan su mənbələrimizə daimi nəzarət son dərəcə əhəmiyyətlidir.(ardı var)

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »