Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Geyim məhsullarının satıldığı “Mall”dan reportaj - Fotolar
Alıcı: “Məhsulların keyfiyyətini və müştəri məmnuniyyətinin qarşılığında qiymətlər baha sayılmaz, sadəcə qazancımız buna uyğun deyil”

Son vaxtlar tanıdığımız şəxslərin geyimlərinə nəzər salanda məlum olur ki əksəriyyəti “Sity Center”, “Park bulvar”, “Metro Park”, “AFF Mall”, “28 Mall” kimi iri ticarət mərkəzlərindən alış-veriş edib. İndi iri ticarət mərkəzlərini qoyub kiçik geyim mağazalarına, “Tarqovı”ya gedənlər çox azdır. Və bu zaman müxtəlif səbəblər göstərirlər. Psixoloqların fikrincə, bu cür ticarət obyektlərindən alış-veriş edənlər stressdən də uzaq olurlar. Geyim, qida, aksesuar, uşaq oyuncaqları, kitab mağazaları, ətriyyatın tək bir mərkəzdə birləşməsi buranı insanlar üçün daha da cəlbedici edir.

Bəs, oradakı qiymətlər bizim büdcəmizə uyğundu?

Havanın temperaturunun artması, isti və yağmursuz hava şəraitinin müşahidə olunması ilə bağlı insanlar qalın geyimlərini mövsümə uyğum geyimlərlə əvəz edirlər. Bunun üçün iri ticarət mərkəzlərinə üz tuturlar.

Biz də Bakının mərkəzində 28 Mall Ticarət Mərkəzinə üz tutduq. Şahidi olduq ki mağazalar müştərilərlə doludu. Müşahidə etdik ki alıcılar əsasən 30-40 yaşlı şəxslərdi. Onların arasında xanımlar çoxluq təşkil edir.

Məhsulun qiyməti ilə yanaşı keyfiyyəti ilə də maraqlandıq. Öncə bildirək burada növbənöv, çeşidbəçeşid və zövqlü məhsulları əldə etmək mümkündü. Amma dərd burasındadı ki qiymətlər hər kəsin cibinə uyğun deyil. Keyfiyyətli məhsullardan istifadə etmək üçün aylıq gəlir minimum 1000 manat olmalıdır.

Sizi mövsümü malların qiymətlərilə tanış edək: Ayaqqabının qiyməti 59 manatdan, papağın qiyməti 29 manatdan, kostyumun qiyməti isə 229 manatdan başlayır. Köynəklərin qiyməti 66-89 manat arasında dəyişir, şalvarlar isə 75-99 manat, kəmərlər 44-66 manat arasında dəyişir.

Alıcılarla söhbət zamanı məlum oldu ki, onlar keyfiyyətli geyimləri “Mall”larda tapırlar və iri ticarət mərkəzinin daimi müştərisidirlər. Hətta alıcıların mağazaların bonus kartları da var.

Alıcı Vahid: “Əsasən “Mall”lardan alış-veriş edirəm. Çünki adətən belə ticarət mərkəzləri yüksək səviyyədə xidmət göstərirlər. Yəni bir insanın onların xidmətindən narazı qalması real görünməz. O cür böyük ticarət mərkəzi insanların düşündüyü, gördüyü, eşitdiyi əksər xidmətləri təchiz edirlər. Qane olmayacağımız tərəf isə yalnız qiymətlər ola bilər. Amma məhsulların keyfiyyətini və müştəri məmnuniyyətinin qarşılığında baha sayılmaz. Sadəcə qazancımız buna uyğun deyil”

Hər zaman zövqlü və gözəl geyimlərin satıldığı məkan kimi tanınan “Torqovı” ərazisindəki (Nizami küçəsi) mağazalara da baş çəkib buradakı vəziyyətlə də tanış olduq. Ərazidəki mağazalarda da vəziyyət demək olar ki, eyni idi. Hətta belə demək olar ki, “Torqovı” artıq əvvəlki nüfuzunu itirib. Bunu söhbətləşdiyimiz satıcılar da təsdiqlədilər.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »