Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gəlin maşınları” bəyləri nə qədər xərcə salır? – VİDEO
Gəlin maşınlarının icarə qiymətləri ucuzlaşıb. İndi hətta 50 manata da gəlin maşını sifariş vermək olar. Bunun isə əsas səbəbi restoranların gəlin və bəyə öz avtomobillərini təklif etmələridir.

Xəzər TV bildirir ki, toy mövsümü başlasa da, gözlənilənlərin əksinə olaraq, gəlin maşını bazarında icarə qiymətlərində enmə müşahidə olunur.

Halbuki Ramazan Ayının bitməsini gözləyən icarədarlar qiymətlərin artacağına ümid edirdilər. İndi 50 manata da gəlin maşını icarəyə götürmək mümkündür.

Avtomobillərini gəlin maşını kimi icarəyə verən şəxslər deyirlər ki, qiymətlərin enməsinin əsas səbəbi restoranlardır. Yəni son dövrlər gəlin və bəyə restoran özü avtomobil təklif edir ki, bu da onların bazarını zəiflədir.

İcarədarların sözlərinə görə, restoranlar qiymətləri salmaqda davam edərsə, onlar da icarə haqlarını daha da aşağı endirə bilərlər.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Mənzildən kişi meyiti aşkar olunub
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »