Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəhşətli görüntüsünə görə hamı ondan qaçırdı...
Cərrahlar 13 yaşlı Manikandanın burnunun üstündəki artıq əti 11 saat əməliyyat edərək götürüblər.

Hadisə Hindistanda baş verib.

On cərrahın qoşulduğu əməliyyat çox çətin keçsə də, həkimlər istədiklərinə nail ola biliblər. Manikandan 13 yaşında olmasına baxmayaraq üzündəki qorxulu artıq ət səbəbindən məktəbə belə gedə bilməyib. Həmyaşıdları ondan qorxduğu üçün o, hamıdan təcrid olunmağa başlayıb. Burnunun üstündəki artıq ət onun normal nəfəs almasına belə mane olurmuş.

Maddi imkanı olmayan 13 yaşlı yeniyetmənin valideynləri əməliyyat üçün hökümətdən maddi yardım istəyib. Hökümət tərəfindən ayrılan maddi yardımdan sonra əməliyyat həyata keçirilib. İndi Manikandanın ailəsi ümid edir ki, bundan sonra hər şey yaxşı olacaq.

Moderator.az on üç yaşlı yenietmənin əməliyyatdan əvvəl və sonrakı fotolarını təqdim edir.

Son xəbərlər
Bütün xəbərlər »