Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil maneəyə çırpıldı, bir ailənin 6 üzvü xəsarət aldı
Bu gün Gəncə şəhərinin qərb çıxışında avtomobil maneəyə çırpılıb, bir ailənin üzvləri xəsarət alıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“20 DB 687” dövlət nömrə nişanlı “Şevrolet-Avea” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirən zaman idarəetmədən çıxıb və avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü, həyat yoldaşı, anası və 3 övladı müxtəlif dərəcəli bədən xəsarəti alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Sürücü Əliyev Anar və iki övladı yüngül, sürücünün anası 1952-ci il təvəllüdlü Əliyeva Nazilə, sürücünün həyat yoldaşı 1982-ci təvəllüdlü Əliyeva Sevinc, övladı 2005-ci il təvəllüdlü Əlizadə Nuranə ciddi xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
Son xəbərlər
Bütün xəbərlər »