Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyniniz haqda bilmədiyiniz 8 ELMİ FAKT
Beyin ağrı hiss etməz

Beyindəki reseptorlar ağrıya reaksiya vermir. Buna görə həkimlər narkoz tətbiq etmədən beyin əməliyyatı apara bilir.

Beynimizdə 160 min kilometrdən uzun tük kimi damar var

Bu cür damarların içində yüz milyarda qədər neyronlar yerləşir. Beynimiz oyanıqkən bir ampulanı yandıracaq qədər enerji tükədir. Beynimizin 75 %-i sudan ibarətdir. Bədən enerjisinin 17 %-ni və oksigenin 15%-ni istifadə etməsinə rəğmən bədənin sadəcə 2 %-ni tutar.

Eynşteynin beyni hələ də qorunur

1955-ci ildə Eynşteynin ölümündən sonra beyni başından ayrılaraq elmi araşdırmalar üçün saxlanılıb. 1978- ci ilə qədər itkin düşən Eynşteynin beyni uzun müddət sonra bir həkimin evində tapılıb. 240 parçaya ayrılan beyin formaldehit tərkibli şüşə qabın içində saxlanırdı.

Sağ və sol beyin fərqlidir

Beynin sol tərəfi ağıl və analitik , sağ tərəfi daha çox görünə bilən və qavrayış xarakterli düşüncə ilə əlaqəlidir. Beynimizin sol payı bədənimizin sağ tərəfini, sağ payı isə bədənimizin sol tərəfini idarə edir.

Kişilərin beyni 10 % daha böyükdür

Kişilərin beyni daha böyük olsa da, qadınların beynində daha çox sinir hüceyrələri olur və daha məhsuldar çalışır.

Siz yatarkən beyniniz daha aktiv çalışır

Gecə boyunca beyniniz gün ərzində olanları yenidən nəzərdən keçirər.

Ölçüsü vacibdirmi?

Normal bir kişi beyni orta hesabla 1400 qramkən, Albert Eynşteynin beyni 1230 qram olub. İndi aradakı fərqi siz düşünün.

Ən yüksək İQ: 210

1972-ci il təvəllüdlü Kim Unq Yonq 8 yaşındaykən cəbr hesablamasını qavrayırdı. 2 yaşındaykən 4 dil bilirdi. Universitetə 4 yaşında başlayıb, 15 yaşında məzun olub. Şəkil çəkib, şeir də yazır.

Paylaş »
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
Son xəbərlər
Bütün xəbərlər »