Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teplovoz minik avtomobilini vurdu, yaralı var
Şəkidə teplovoz minik avtomobilini vurub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində Yevlax-Balakən dəmir yol xəttinin Şəki rayonu Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib. 1954-cü il təvəllüdlü, Şəki rayonu Əliyar kənd sakini Əzim Süleyman oğlu Abdullayev idarə etdiyi “VAZ 2106” markalı 10 MR 159 dövlət nömrə nişanlı minik avtomobili ilə dəmir yol xəttinin qorunmayan keçidini keçmək istəyən zaman xətlə hərəkət edən teplovoz tərəfindən vurulub. Qəzadan sonra minik avtomobilinin sürücüsü Əzim Süleymanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan APA-ya bildirilib ki, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılan Əzim Süleymanova qarının küt travması və qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »