Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Eurovision 2018" təmsilçimizin kədərli həyat hekayəsi
Bu il Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində  Aysel Məmmədova təmsil edəcək. Artıq turnelərə çıxaraq ilk məşqlərinə başlamış müğənni  xanım “Wiwibloggs”a müsahibə verərək həyat hekayəsini bölüşüb. Məlum olub ki, müğənninin  özündən 12 yaş böyük həyat yoldaşı xərçəng xəstəliyi nəticəsində dünyasını dəyişib. Onun müalicə aldığı dövrdə İsraildə yaşamalı olduqlarını qeyd edən Aysel Məmmədova ərinin ona  yaxşı dost və dəstək olduğunu, onu sevərək xatırladığını qeyd edib. " O musiqiçi idi. Pianoda ifa edirdi.Mənə çox şey öyrətmişdi və həyatıma yeni məna qatmışdı"- deyən Aysel pianoçu, vokalist və bəstəkar olduğunu da söyləyib.

İfaçının Lissabon səhnəsində ifa edəcəyi mahnı " X My Heart" adlanır və  2018-ci ilin mart ayının 4-də ictimaiyyətə  təqdim olunub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »