Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Qaytarın imperatorumuzun tacını!” - İngiltərəyə ultimatum
2018-05-01_200204

Efiopiya ingilislərdən talan edilmiş xəzinələrini tələb edir

Efiopiya hakimiyyəti Böyük Britaniyanın 150 il bundan əvvəl Şərqi Afrika dövlətindən Britaniya qoşunları tərəfindən aparılmış qiymətli əsərləri qaytarmalarını tələb edir.

Xəzinələr arasında imperatorun qızıl tacı və xüsusi kasa da var. Birləşmiş Krallığın qoşunları bu qiymətli əşyaları 1868-ci ildə Maqdal yaxınlığındakı döyüşdən sonra imperator II Teodosun qalasından götürüblər. Sonra hərbçilərə pul yığmaq üçün həmin əşyalar satılıb.

Mədəni dəyərlərin Efiopiyaya qaytarılması ilə bağlı söhbətlər London Muzeyində bir əsr əvvəl döyüşdə əsir götürülmüş kral və xristian dini eksponatlardan ibarət sərgi açılandan sonra başlayıb. Bu, 2007-ci ildən əsərlərin geri qaytarılmasını xahiş edən rəsmi Əddis- Əbəbənin qəzəbinə səbəb olub.

Öz növbəsində, xəzinələrin indi saxlanıldığı Muzeyin rəhbərliyi Viktoriya və Albert sərginin Londondakı Efiopiya cəmiyyəti ilə məsləhətləşmədən sonra təşkil edildiyini bildiriblər. Onların fikrincə, dialoqun qurulmasında maraqlıdırlar və uzunmüddətli icarə şərtləri ilə eksponatları Efiopiyaya göndərməyi təklif edirlər. Lakin Efiopiya hakimiyyəti bu şərtlərə razı olmayıb. (Bizimyol.info)

Paylaş »
››› Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı
››› Seçici görüşə gələn deputatı biabır etdi - Video
››› Xristianlığı qəbul edən 5 türk xalqı - Fotolar
››› Bakıda küçə itinin dişlədiyi şagird öldü
››› Deputatlığa namizəd olan YAP-çılar partiyadan xaric olundu - Açıqlama

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »