Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələcəyin texnologiyaları- saqqal darağı, robotdayə, ev üçün motosiklet...
Uşaqlar  üçün robot 

Radiodayələr artıq uzun müddətdir satışda var idi, robot dayələr isə yeni texnoloji avadanlıqdır. Bu simpatik çihazlar  valideynlər yaxınlaşana qədər onlara  nağıl danışır, musiqi səsləndirir, xoş sözlər söyləyir, lazım gələrsə otağın temperaturunu dəyişdirir, havalandırır, valideynlərin telefonlarına uşağın durumu ilə bağlı video və foto görüntüər göndərir. Robot  dayələr özü- özünü elektrik şəbəkəsinə qoşaraq enerji yığır.Bu robot dayələr eyni zamanda uşaqları gəzdirə də bilir.Bunun üçün onların üzərinə xüsusi pedallar yerləşdirilib.

Ağıllı  qulaqcıqlar

"Sony" firmasının buraxdığı yeni ağıllı qulaqcıqlar həm musiqini, həm də ətraf aləmi eşitməyə imkan verir. Eyni zamanda başqa funksiyaları da daşıyır. Onların vasitəsi ilə hava haqqında məlumat almaq,  mətnlər göndərmək mümkündür.

Hər evin dizaynına uyan bu audiokolonlar ( səs  gücləndiricilər) köpək  formasında hazırlanıb.Maraqlıdır ki, bu cihazın pultu sümük forasında dizayn edilib.

"Fribo" adlı bu pişik robot tənha adamlar  üçün nəzərdə tutulub. Onun yerləşdirildiyi masaya iki dəfə toxunan kimi pişik robot çat vasitəsi ilə dostlara nəzakətli mesajlar ataraq onları söhbətə dəvət edir.

Konus  formalı siçan

Dizaynerin fikrinə görə,  alışana qədər müəyyən çətinlik yaratsa da konus  formalı siçan əlin təbii formasına uyğunlaşdırılıb.

Virtual aləm üçün motosimulyator

Motosiklet həvəskarları üçün  tərtib olunmuş motosimulyator evdə səyahətə çıxmağa imkan verir. İstədiyin sürətlə get, əyləncəni dad ama qəza etmə. Bax bu texnologiyanın verdiyi ləzzət bundadır.

İçkiləri soyuducudan 10 dəfə tez sərinlədən cihaz yəqin ki barmenlərin marağına səbəb olacaq

Tualetdə telefon qoymaq üçün rəf

"Çatmırdı saqqal darağımız" ifadəsi tarixə qovuşur -Kişilər üçün saqqalı səliqəyə salan cihaz icad olundu

Suyu  istədiyiniz növ içkiyə çevirən stəkan

Son xəbərlər
Bütün xəbərlər »