Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn il "Formula-1"in vaxtı niyə dəyişdirildi? - NAZİR OĞLU AÇIQLADI
"Formula-1" üzrə III Azərbaycan qran-prisinin 2018-ci ilin aprel ayının sonunda keçirilməsinin səbəbi açıqlanıb.

APA-nın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bildirib ki, gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlər keçirildiyindən yarışın vaxtı dəyişdirilib: "Gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən müvafiq dövlət qurumları bizə müraciət edərək paddokun yerləşdiyi ərazini boşaltmağı xahiş edib. Nəticədə biz başqa tarixlər barədə düşünməyə başladıq. Ardınca biz kral birinciliyinin rəhbərliyinə müraciət etdik. İki variant var idi: aprelin sonu və ya iyunun əvvəli. Danışıqlardan sonra qran-prinin tarixinin dəyişdirilməsinə nail olduq. Bəxtimiz gətirdi ki, Rusiya tərəfi də Soçi qran-prisinin tarixini dəyişmək istədi. Nəticədə boşalan yeri biz tutduq. O ki qaldı sezonun final hissəsinə, orada hər şey həddən artıq yüklənib - biz anlayırdıq ki, ora düşməyə şansımız yoxdur. Əsas odur ki, aprel ayının sonunda hava şəraiti əlverişlidir, hətta arxada qoyduğumuz qran-prinin keçirildiyi tarixdən də yaxşıdır. Tribunalarda o qədər də isti olmayacaq. Bu səbəbdən biz daha çox azarkeş toplamağı planlaşdırırıq".

Xatırladaq ki, "Formula-1" üzrə II Azərbaycan qran-prisi 23-25 iyun tarixlərində baş tutub.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »