Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili qardaşının həbsi barədə xəbərə münasibət bildirdi
Millət vəkili Məlahət İbrahimqızı (Həsənova) qardaşı Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumata münasibət bildirib.

M.İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

“Mənim qardaşım həbs edilməyib. Hazırda iş başındadır. Azərbaycanda mətbuat azaddır, lakin jurnalistlər xəbər yazanda dəqiqləşdirsələr, yaxşı olar. Bir daha qeyd edirəm ki, yayılan məlumatın heç bir əsası yoxdur. DTX-nin adından yalan informasiya yaymaq düzgün deyil”.

Qeyd edək ki, “Musavat.com” xəbər saytı M. Həsənovun DTX əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat yayıb. M. Həsənov “Sadaxlı” Gömrük Postunun rəisidir.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »