Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vens Tramp və Netanyahu arasında Vaşinqtonda keçiriləcək görüşə qatılacaq
Vens Tramp və Netanyahu arasında Vaşinqtonda keçiriləcək görüşə qatılacaq

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirəcəyi görüşdə iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Vens son həftələrdə İsraili tənqid edən bir sıra açıqlamalar versə də, buna baxmayaraq, o, Vaşinqtonda keçiriləcək danışıqlarda iştirak edəcək.

Baş nazirin ofisinin məlumatına görə, Netanyahu amerikalı senator Lindsi Qremin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etdikdən sonra ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə də bir sıra görüşlər keçirəcək.

Gözlənilir ki, Tramp və Netanyahu arasında keçiriləcək danışıqlarda regional təhlükəsizlik, İran ətrafındakı vəziyyət, Livanla aparılan danışıqların gedişi, eləcə də "Avraam sazişləri"nin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »