Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“10-15 gündür su yoxdur” – Sabirabad sakinlərinin şikayətinə ADSEA-dan cavab
“10-15 gündür su yoxdur” – Sabirabad sakinlərinin şikayətinə ADSEA-dan cavab

Sabirabad rayonunun Qaragüney kənd sakini Abdullayev Elburus Zeynal oğlu redaksiyamıza müraciət edərək bildirib ki, artıq 10-15 gündür kənddə su yoxdur və sakinlər su qıtlığından əziyyət çəkirlər.

Kənd sakininin sözlərinə görə, su tələbi ilə bağlı müraciət edən şəxslərə bələdiyyə bildirib ki, bu məsələ ilə bağlı müraciət edə bilməzlər:

“Deyirik ki, su gəlmir, müraciət edirik. Amma polis çağırırlar. Polis gəlib bizi bölməyə aparır, deyirlər ki, şikayət etməyin. Niyə su tələb edirsiniz?”

Onun sözlərinə görə, havaların isinməsindən sonra kənddə su təminatı ilə bağlı problemlər yaranıb. Sakinlər nasos quraşdırmaq istəsələr də, buna icazə verilmədiyini bildiriblər.

“50 dərəcə isti var. Biz də gözləyirik ki, görək kömək əlini kim uzadacaq”, -deyə şikayətçi bildirib.

Elbrus Abdullayev əlavə edib ki, su problemi səbəbindən kənddə yaşayan Məshəti türkləri Türkiyəyə köçüb.

Məsələ ilə bağlı ADSEA tabeliyində Regional Su Meliorasiya Xidmətinə sorğu göndərdik.

Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Zəngilan rayonundan məcburi köçkün olan, hazırda rayonunun Qaragüney kəndində məskunlaşan sakin Elburus Zeynal oğlu Abdullayevin sosial şəbəkələr vasitəsilə su təminatı ilə bağlı etdiyi müraciət qurumumuz tərəfindən dərhal nəzarətə götürüldü. Müraciət vətəndaşın özü, mühəndis-texnik işçilərimiz və Su İstifadəçiləri Birliyi (SİB) sədrinin iştirakı ilə yerində, aidiyyəti üzrə araşdırılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, müraciət müəllifinin su təminatı idarəmizin balansında olmayan 130 metr uzunluğundakı kiçikölçülü daxili təsərrüfat kanalı vasitəsilə həyata keçirilir. Bu daxili kanal əvvəllər sakinlər tərəfindən kustar üsulla (əl ilə) lildən təmizlənib. Lakin son illərdə sözügedən kanalın lildən və yabanı otlardan vaxtında təmizlənməməsi səbəbindən sakinin su təminatında çətinliklər yaranıb. Vətəndaş bu çətinliklə bağlı idarəmizə və ya yerli texniki işçilərə əvvəlcədən rəsmi və ya şifahi məlumat verməyib. Kanalın idarəmizin balansında olmamasına baxmayaraq, yaxın günlərdə tamamilə qazılaraq lildən təmizlənəcək və sakinlərin istifadəsinə veriləcəkdir.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »