Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirir
NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirir

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirərək artıq bir neçə dəfə regionun sərhədləri boyunca dövrə vurub.

Bizimyol.infou barədə Avropa İttifaqının aviadispetçer dairələrindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Rumıniyanın Konstansa şəhərindəki daimi bazasından havaya qalxan "Bombardier Artemis II" təyyarəsi Kalininqrad vilayətinin sərhədləri boyunca bir neçə dövrə vurub.

Bildirilib ki, təyyarə Polşa və Litvanın hava məkanında hərəkət edir, lakin Baltik dənizinin neytral suları üzərindəki ərazilərə daxil olmur. Mənbənin sözlərinə görə, uçuş hündürlüyü 11 kilometrə çatır və təyyarə sərnişin təyyarələrinin də istifadə etdiyi hava dəhlizləri ilə hərəkət edir.

Həmin mənbə xatırladıb ki, bundan bir gün əvvəl Bombardier Artemis II Qara dənizin cənub hissəsindəki neytral sular üzərində altı saatdan çox uçuş həyata keçirib. Onun sözlərinə görə, bu, alyans aviasiyasının həmin ərazidə fəaliyyət müddəti baxımından bir növ rekord olub.

Kalininqrad vilayəti yaxınlığındakı uçuşlarla bağlı danışan mənbə qeyd edib ki, bu tip kəşfiyyat təyyarəsi adətən Rusiya regionunun ətrafında tam dövrə vurur. Onun sözlərinə görə, belə uçuşlardan biri iyulun 23-də də qeydə alınıb. Mənbə əlavə edib ki, yalnız quru sərhədləri boyunca həyata keçirilən uçuşlar nisbətən nadir olsa da, son iki ay ərzində də belə hallara rast gəlinib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »