Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kiyevə və Ukraynanın digər şəhərlərinə zərbələr endirib
Rusiya Kiyevə və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya qüvvələri bazar günü səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Bizimyol.info xəbər verir ki, yYerli hakimiyyət orqanlarının məlumatına görə, gün ərzində ölkənin digər bölgələri də bombardmana məruz qalıb, nəticədə azı 6 nəfər ölüb.

Rusiya isə öz növbəsində Moskvanın nəzarətində olan Ukrayna ərazilərinin də hücuma məruz qaldığını bildirib. Rusiya tərəfindən işğal olunmuş Donetsk vilayətinin Horlivka şəhərində Ukrayna dron hücumu nəticəsində 4 nəfərin öldüyü iddia edilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə saatlarında Rusiya Ukraynaya 7 ballistik raket və 136 pilotsuz uçuş aparatı ilə hücum edib.

Ölkənin şimalındakı Çerniqov şəhərində Rusiya dronu supermarketə düşüb. Hücum nəticəsində 9 yaşlı uşaq da daxil olmaqla iki nəfər ölüb, 25 nəfər yaralanıb.

Ukrayna Prezidenti Vladimir Zelenski hadisəni “heç bir hərbi əsaslandırması olmayan qəsdən törədilmiş Rusiya terroru” adlandırıb.

Xarkov şəhərində isə gündüz saatlarında baş verən dron hücumu nəticəsində bir nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Kiyev meri Vitali Kliçko bildirib ki, gecə raket hücumundan sonra paytaxtın mərkəzi rayonundakı çoxmərtəbəli yaşayış binasının 7-ci və 8-ci mərtəbələrində yanğın baş verib. Hücum nəticəsində Kiyevdə 3 nəfər yaralanıb.

Zelenski cümə günü xəbərdarlıq etmişdi ki, qarşıdakı 48 saat ərzində Rusiyanın yeni hücumları mümkündür.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə zamanı mülki şəxsləri hədəfə aldıqlarını inkar edir. Münaqişə nəticəsində minlərlə mülki şəxs həyatını itirib və onların böyük hissəsinin Rusiya hücumları nəticəsində öldüyü bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »