Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İsrail ordusunun Qəzza, Livan və Suriyadan çıxmasını tələb edir
ABŞ İsrail ordusunun Qəzza, Livan və Suriyadan çıxmasını tələb edir

İsrailin Baş naziri Benyamin Netanyahu hökumət üzvlərinə ABŞ-ın İsrail ordusunun (İMQ) Qəzza zolağı, Livan və Suriyadan çıxarılmasında israr etdiyini bildirib və Vaşinqtonun bu tələbinə "yox" cavabı vermək niyyətində olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton bu üç istiqamətdə İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsində maraqlı olduğunu qarşı tərəfə çatdırıb. Bununla belə, telekanal söhbətin qoşunların qismən, yoxsa tam çıxarılmasından getdiyini dəqiqləşdirməyib.

13-cü kanalın məlumatına əsasən, Netanyahu ABŞ administrasiyasının bu tələbinə qarşı çıxmaq niyyətində olduğunu vurğulayıb.

"Onlara yox deyəcəyəm", – deyə telekanal baş nazirin sözlərini sitat gətirib.

Netanyahu iyulun 26-da İsrail hökumətinin həftəlik iclasında bildirib ki, bazar ertəsi ABŞ-a səfər edəcək. Səfər çərçivəsində o, ABŞ Prezidenti Donald Trampla görüşməyi və senator Lindsi Qremin dəfn mərasimində iştirak etməyi planlaşdırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »