Böyük Britaniya yeni hazırlanmış "Stone Cloak" radioelektron mübarizə (REM) sisteminin əsasını təşkil edən əqli mülkiyyət hüquqlarını Ukraynaya təhvil verəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnemin ofisinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu addım iyulun 27-də Vladimir Zelenskinin Böyük Britaniyanın hərbi-dəniz bazasına səfəri zamanı rəsmən elan ediləcək.
Bildirilib ki, "Stone Cloak" sistemi üzrə hüquqların Ukraynaya verilməsi bu texnologiyanın sənaye miqyasında istehsalına imkan yaradacaq. Planşet kompüteri ölçüsündə olan radioelektron mübarizə vasitələri onların quraşdırıldığı pilotsuz uçuş aparatlarının aşkarlanmasını çətinləşdirmək üçün nəzərdə tutulub. Böyük Britaniyanın Müdafiə Nazirliyi artıq Ukrayna ordusuna minlərlə belə qurğu təqdim edib.
Bundan əvvəl Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Riçard Balf Rusiya mətbuatına açıqlamasında bildirib ki, ölkənin yeni hökuməti Ukraynaya dəstək siyasətini davam etdirəcək. Onun sözlərinə görə, Böyük Britaniya vətəndaşları arasında bu mövzuya maraq "son dərəcə zəif" olsa da, rəsmi Londonun mövqeyi dəyişməyəcək.
Bizimyol.info






