Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesueladan sərt addım: Karakas Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Venesueladan sərt addım: Karakas Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq üçün rəsmi prosedura başlayıb. Ölkə hakimiyyəti bu qərarın beynəlxalq ədalət sisteminə etimadsızlıq və məhkəmənin fəaliyyətinə dair tənqidlər fonunda qəbul edildiyini açıqlayıb.

bizimyol.info xəbər verir ki, Venesuelanın xarici işlər naziri Feliks Plasensia bildirib ki, çıxış prosesi prezident Delci Rodrigesin tapşırığı əsasında başladılıb. Bununla bağlı rəsmi bildiriş artıq BMT-nin baş katibi Antonio Quterreşə təqdim olunub.

Karakas çıxış prosedurunu Roma Statutunun 127-ci maddəsinə uyğun həyata keçirəcəyini bəyan edib. Həmin maddə dövlətlərin Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən bu sənəddən imtina qaydalarını müəyyənləşdirir.

Venesuela hakimiyyəti BCM-ni siyasi yanaşmada ittiham edir. Xarici işlər naziri məhkəmənin fəaliyyətində coğrafi balanssızlıq olduğunu, əsas diqqətin Afrika və Latın Amerikası ölkələrinə yönəldiyini iddia edib.

Plasensianın sözlərinə görə, hazırkı beynəlxalq ədalət sistemi Qlobal Cənub ölkələrinin maraqlarını tam əks etdirmir və bərabərlik prinsiplərinə uyğun fəaliyyət göstərmir. “Biz suverenliyə və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət edən həqiqi ədalətə sadiqliyimizi təsdiqləyirik”, – deyə Venesuela XİN rəhbəri bildirib.

Venesuela Roma Statutunu 1998-ci ildə imzalayıb, 2000-ci ildə isə ratifikasiya edib. Ölkə 25 ildən artıq davam edən iştirakdan sonra BCM sistemindən tam çıxmaq qərarı verib.

Beynəlxalq Cinayət Məhkəməsindən çıxış prosesi başa çatdıqdan sonra Venesuela artıq bu qurumun yurisdiksiyasından kənarda qalacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »