Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ilk dəfə Rusiyanın HIMARS-a bənzədilən “Sarma” sistemini məhv etdiyini açıqladı
Ukrayna ilk dəfə Rusiyanın HIMARS-a bənzədilən “Sarma” sistemini məhv etdiyini açıqladı

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın ABŞ istehsalı olan HIMARS-a alternativ kimi təqdim etdiyi “Sarma” yaylım atəşli reaktiv sistemini ilk dəfə məhv etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Ukraynanın “Militarnıy” nəşrinin yaydığı məlumata görə, zərbə Dobropillia istiqamətində Rusiya qoşunlarının genişmiqyaslı mexanikləşdirilmiş hücumunun qarşısı alınarkən endirilib.

Milli Qvardiyanın 1-ci “Azov” korpusu hadisənin görüntülərini sosial şəbəkədə paylaşıb. Bildirilib ki, rus qüvvələri hücumu dəstəkləmək məqsədilə “Sarma” reaktiv yaylım atəş sistemindən istifadə edib. Daha sonra həmin sistem aviasiya tipli zərbə pilotsuz uçuş aparatı (PUA) ilə vurularaq sıradan çıxarılıb.

Nəşrin məlumatına əsasən, “Sarma” əvvəllər hazırlanmış “Kama” layihəsinin inkişaf etdirilmiş versiyasıdır. Sistem 300 millimetrlik idarəolunan raketlərlə təchiz olunub və daha yüngül, yüksək manevr qabiliyyətinə malik platforma kimi layihələndirilib.

Rusiya KİV-i 2023-cü ildə “KamAZ” şassisi üzərində hazırlanan yeni sistem üzərində iş aparıldığını açıqlamışdı. İlk “Sarma” nümunəsi isə iki il sonra “Motovilikha Zavodları” müəssisəsində nümayiş etdirilib. Bildirilir ki, kompleksin çəkisi “Tornado-S” sistemi ilə müqayisədə təxminən 10 ton azaldılıb və buraxılış qurğusundakı raket istiqamətləndiricilərinin sayı altıya endirilib.

“Militarnıy”ın əldə etdiyi satınalma sənədlərinə görə, Rusiya Müdafiə Nazirliyi 2024-cü ildə 12 “Sarma” buraxılış qurğusu və onlar üçün 12 nəqliyyat-yükləmə maşını sifariş edib. Hər bir qurğunun dəyərinin 155 milyon rubl (təxminən 1,9 milyon ABŞ dolları), nəqliyyat-yükləmə maşınının isə 64 milyon rubl olduğu bildirilir.

Xatırladaq ki, “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov daha əvvəl Vladimir Putinlə görüşündə 2025-ci ildən etibarən “Sarma” sistemlərinin Rusiya ordusuna tədarükünə başlanıldığını açıqlamışdı. Onun sözlərinə görə, sistemin əsas üstünlükləri yüksək atəş gücü, mobillik və ekipajın daha etibarlı mühafizəsidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »