Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp zarafatla üçüncü prezidentlik müddəti barədə danışıb
Tramp zarafatla üçüncü prezidentlik müddəti barədə danışıb

ABŞ prezidenti Donald Tramp üçüncü dəfə prezident seçilməsinin mümkünlüyü ilə bağlı növbəti dəfə zarafat edib.

bizimyol.info xəbər verir ki, Ağ evdə akkreditə olunmuş jurnalistlərin assosiasiyasının qəbulunda çıxış edən Tramp bildirib ki, hər prezidentlik müddəti əvvəlkindən daha uğurludur.

“Prezidentlik müddətimdə olduğu kimi, ikinci dəfə hər şey daha yaxşı alınır. Həmişə belə olur. Üçüncü dəfə isə daha da yaxşı olacaq”, – deyə Tramp bildirib. Ardınca isə əlavə edib: “Mən sadəcə zarafat edirəm”.

Daha sonra etdiyi çıxış zamanı Tramp 2028-ci ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizəd olacağını da zarafatla dilə gətirib. O, üzərində “Trump 2028” yazılmış qırmızı papaq taxaraq səhnəyə çıxıb və bu, zalda gülüş doğurub. ABŞ lideri yenidən sözlərinin ciddi xarakter daşımadığını vurğulayıb.

ABŞ qanunvericiliyinə əsasən, Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş prezidentin iki müddətdən artıq vəzifədə qalmasını qadağan edir.

Bununla belə, Tramp bundan əvvəl də bir neçə dəfə üçüncü müddətə namizədliyini irəli sürə biləcəyi barədə zarafat və ya eyham xarakterli açıqlamalar verib. Ötən ilin payızında onun keçmiş baş siyasi strateqi Stiv Bannon da belə ehtimalı gündəmə gətirmişdi.

Donald Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə ABŞ prezidenti seçilib. O, ilk prezidentlik dövründə 2017–2021-ci illərdə ABŞ administrasiyasına rəhbərlik edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »