Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Facebook”dan inqilabi yenilik - Dəri üstündə oxuyacaqlar

“Facebook” şirkəti istifadəçilərə elektron məktubları və mətnli bildirişləri dəri vasitəsilə oxumağa imkan verən qurğu hazırlayıb.

İCTnews xəbər verir ki, yeni texnologiyanın smartfon aludəçiliyinin qarşısını alacağı, eləcə də eşitmə və görmə pozğunluğu olan insanlara kömək edəcəyi bildirilir.

Yeni sistem insanlara telefonu cibdən çıxarmadan yazışmağa imkan verəcək. İstifadəçinin əlinə bərkidilən qurğu siqnalın işarə sisteminə transformasiyası üçün xüsusi ötürücülərdən istifadə edir. Siqnallar dəridə fonemləri (səsləri) kodlaşdıran vibrasiya kimi hiss olunur. Siqnallar sistemi Brayl şriftinin toxunma hissi səviyyəsini xatırladır. Bu, qurğunu bütün dillər üçün tətbiq etməyə və ondan istifadəni asanlıqla öyrənməyə imkan verir. Mütəxəssislərin sözlərinə görə, qurğunun sınaq iştirakçıları yarım saat təlimdən sonra 3 dəqiqəyə 4 fonem və 100 söz öyrənə biliblər.

Qurğunun prototipi “Facebook” nümayəndələri tərəfindən Kanadada keçirilən konfransda nümayiş olunub. Ekspertlər qeyd edib ki, smartfon istifadəçilərinin qurğuları gün ərzində orta hesabla 47 dəfə yoxlamasına görə qurğulardan asılılığın azaldılması üçün yeni üsulların kəşfinə ehtiyac duyulur.

Son xəbərlər
Bütün xəbərlər »