ABŞ Prezidenti Donald Tramp, lazım gələrsə, "Hizbullah" hərəkatının rəhbərliyi ilə birbaşa dialoq aparmağa hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə o, Vaşinqtonda Oval kabinetdə Livan Prezidenti Cozef Aunla görüşündə bildirib.
"Əgər Livan Prezidenti mənim "Hizbullah"la danışmağımı istəsəydi, mən bunu edərdim. Yəni bu belə bir ideyadır. Suriya Prezidenti ilə çox yaxşı yola gedirik. O, əla iş görüb. Suriyanı birləşdirə bilib. O, artıq çoxdan "Hizbullah"la mübarizə aparır", - Tramp qeyd edib.






