Rusiyada futbol üzrə dünya çempionatı hələ başa çatmasa da, azarkeşlər pivə istehlakı və xərcləri üzrə yeni rekord müəyyən ediblər.
Bizimyol.info xəbər verir ki, "Çestnıy znak" markalama sisteminin ekspertlərinin məlumatına görə, iyunun 11-dən etibarən azarkeşlər 681,7 milyon litr pivə alıblar və buna ümumilikdə 121,7 milyard rubl (təxminən 1,55 milyard ABŞ dolları) xərcləyiblər.
Bu göstərici artıq AVRO-2024 zamanı qeydə alınan nəticəni üstələyib. Həmin turnirdə pivə istehlakı indiki göstəricidən təxminən 19 faiz az olub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə Rusiyada pivə istehlakı 4,3 faiz artıb, bu məhsula çəkilən xərclər isə 16 faiz yüksəlib.
Statistikaya əsasən, iyul ayında pivə satışları iyun ayı ilə müqayisədə də nəzərəçarpacaq dərəcədə artıb. Satış həcmi 15,6 faiz, xərclərin ümumi məbləği isə 17 faiz yüksəlib.
Beləliklə, 2026-cı il futbol üzrə dünya çempionatı artıq Rusiya azarkeşləri üçün pivə istehlakı baxımından ən yüksək göstəricinin qeydə alındığı böyük futbol turniri kimi tarixə düşüb.
Mütəxəssislər isə xatırladırlar ki, alkoqollu içkilərin həddindən artıq qəbulu sağlamlığa ciddi zərər vura bilər.
Bizimyol.info






