Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi üçün ən azı dörd il tələb olunur
ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi üçün ən azı dörd il tələb olunur

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının ilk mərhələsi böyük həcmdə sursat sərfiyyatı ilə nəticələnib. Sursat ehtiyatlarının yenidən doldurulması üçün isə ən azı dörd il vaxt lazım olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

Bildirilir ki, bu müddətə çatmaq ABŞ Konqresinin lazımi maliyyələşməni təsdiqləməsi şərtilə mümkün ola bilər. Lakin İrana qarşı zərbələrin yenidən bərpa olunması ABŞ Silahlı Qüvvələrinin sursat ehtiyatlarını yeniləməsi üçün daha uzun müddətə ehtiyac duymasına səbəb ola bilər.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl 2027-ci il üçün ölkənin hərbi büdcəsinin 1,5 trilyon dollara qədər — hazırkı səviyyədən təxminən 1,5 dəfə artırılmasının vacib olduğunu bildirib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Hava zərbələri nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla çox sayda insan həlak olub. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Daha sonra İsveçrənin Bürqenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında memoranduma dair danışıqlar keçirilib. Qətər və Pakistanın ilk raunddan sonra yaydığı birgə bəyanatda bildirilib ki, İran və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən görüş müsbət və konstruktiv atmosferdə baş tutub, gələcək texniki məsləhətləşmələr üçün əsas yaradılması da daxil olmaqla ümidverici irəliləyiş əldə olunub.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri yenidən başlayıb. Vaşinqton bunu İranın əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərini pozması ilə əsaslandırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »