Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yeyinti ttihamı ilə həbs olunan müğənninin təşkilatına azərbaycanlılar da pul köçürübmüş
Türkiyədə yeyinti ttihamı ilə həbs olunan müğənninin təşkilatına azərbaycanlılar da pul köçürübmüş

Türkiyədə məşhur müğənni Haluk Leventin həbs olunması böyük rezonans doğurub. O, 2023-cü il 6 fevral zəlzələsindən sonra xeyriyyəçi kimi çox populyarlaşmışdı. Haluk Leventin hələ 2017-ci ildə yaratdığı “Ahbap” təşkilatı zəlzələdən əziyyət çəkənlərə yardıma başlamışdı. Bunun üçün ianə kampaniyasına start verilmişdi.

Bizimyol.info xəbər verir ki, Haluk Levent iş adamı Hüseyn Başaranın şikayəti əsasında həbs olunub. Fındıq ticarəti ilə böyük pullar qazanan Başaran həm də xeyli daşınmaz əmlakın sahibidir. Müğənninin iş adamı ilə görüşü də məhz buna görə baş tutubmuş. Səkkiz il əvvəl qızını təyyarə qəzasında itirən Başaran Leventin qız tələbə yataqxanası yaratmaq istəyinə biganə qala bilməyib. İş adamı mülklərinin bir hissəsini “Ahbap”ın təmsilçilərindən birinin adına keçirməyə razı olub. Əvəzində ona müəyyən məbləğ ödənilməliymiş. Lakin bir müddət sonra Başaran aldadıldığını anlayıb və polisə müraciət edib.

“Ahbap”ın indiyə qədər 60 milyon dollara yaxın vəsait topladığı, bununla bağlı cəmiyyətə hər hansı hesabat vermədiyi iddia olunur. Bildirilir ki, Haluk Levent məbləğin 990 milyon lirəsini (21 milyon dollardan çox) qumarda uduzub.

Baş verənlər sosial şəbəkələrin Azərbaycan seqmentində böyük müzakirəyə səbəb olub. Haluk bəyin şərlənməsinə inananlar da var, müğənnini ittiham edənlər də. Məlum olur ki, Türkiyədə yaşayan xeyli azərbaycanlı zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə “Ahbap”a pul köçürübmüş. Rəy yazanlar əsasən bu addımı atmasına görə peşman olanlardır.

Haluk Leventin qumar asılılığı yeni məsələ deyilmiş. Sənət adamları bu haqda məlumatlıymış. Tanınmış jurnalist Fatih Altaylı görüşlərdən birində Leventin ona bir daha qumar oynamayacağına and içdiyini bildirib. Altaylı həmin görüşdə ona xəbərdarlıq etdiyini, insanların etimadını itirməyin yolverilməz olmasını dilə gətirdiyini deyib.

Haluk Levent həbsdən sonrakı ilk açıqlamasında haqqında deyilənlərə inanmamağı tövsiyə edib. Müğənni cəmiyyətdə bomba effekti yaradacaq məsələni açacağına söz verib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »