Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çexin Baş naziri Aİ üçün vahid HHM sisteminin yaradılmasını təklif edib
Çexin Baş naziri Aİ üçün vahid HHM sisteminin yaradılmasını təklif edib

Çex Respublikasının Baş naziri Andrey Babiş Avropa İttifaqına (Aİ) üzv ölkələrin vahid hava hücumundan müdafiə (HHM) sisteminin yaradılmasına çağırıb.

Bizimyol.info xəbər verir ki, Çexin "ČTK" informasiya agentliyinin verdiyi məlumata görə, baş nazir bazar ertəsi Parisdə “istəklilər koalisiyası”nın görüşündə iştirak zamanı bu fikirləri səsləndirib.

“Əsas məsələ ondan ibarətdir ki, Fransa, Almaniya və ya İtaliya kimi böyük dövlətlər bu barədə razılığa gəlsinlər və söhbət Aİ-yə üzv ölkələrin birgə layihəsindən getsin”, - deyə o bildirib.

Babiş Avropa əməkdaşlığının uğurlu nümunəsi kimi bir neçə təyyarə istehsalçısının birləşməsi nəticəsində yaradılan “Airbus” aviasiya şirkətini göstərib.

“Vaxtilə Avropada təyyarə istehsalı bir sıra ölkələr arasında parçalanmışdı, daha sonra isə bir çox Avropa istehsalçısını vahid şirkətdə birləşdirən “Airbus” layihəsi meydana çıxdı. Mən Parisdə təklif etdim ki, eyni şəkildə hərəkət edək və “Europatriot” adlı birgə Avropa HHM layihəsi yaradaq”, - deyə baş nazir bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »