Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan Qətər əmirinin atasının ölümü ilə əlaqədar milli matəm elan edib
Hindistan Qətər əmirinin atasının ölümü ilə əlaqədar milli matəm elan edib

Hindistan hökuməti Qətər əmirinin atası Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 13-də bir günlük milli matəm elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Matəm günü ölkənin bütün dövlət binalarında Hindistan bayrağı yarıya endiriləcək. Həmçinin bazar ertəsi günü rəsmi əyləncə tədbirləri ləğv ediləcək.

Hindistanın Baş naziri Narendra Modi daha əvvəl Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə bağlı başsağlığı verərək onu uzaqgörən lider və Hindistanın dostu adlandırıb.

Qətər rəhbərliyinin məlumatına görə, Şeyx Həməd bin Xəlifə Al Tani 75 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib. 2013-cü ilin iyununda hakimiyyəti könüllü olaraq oğlu, hazırkı əmir Şeyx Təmim bin Həməd Al Taninin xeyrinə təhvil verib və bundan sonra “əmirin atası” rəsmi titulunu daşıyıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »