Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Biznes Assosiasiyasının (ROTOBO) nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib
Yaponiya Biznes Assosiasiyasının (ROTOBO) nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib

Yaponiya Biznes Assosiasiyasının (ROTOBO) nümayəndə heyəti – Rusiya və MDB Ölkələri İqtisadi Araşdırmalar İnstitutunun Baş direktoru Takafumi Nakai, institutun tədqiqatçısı Yuka Osumi və yapon-ingilis (yapon-rus) dilləri üzrə tərcüməçi Ivan Kopitov MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib. Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyətinin üzvləri və dərnək üzvlərimiz iştirak ediblər.

Bizimyol.info xəbər verir ki, görüş zamanı MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan dərnəyin fəaliyyəti, üzvlərə təqdim olunan xidmətlər, həyata keçirilən layihələr və gələcək hədəflər barədə ətraflı məlumat verib. O, Azərbaycanın əlverişli investisiya və biznes mühiti, strateji coğrafi mövqeyi və beynəlxalq ticarət imkanları barədə danışaraq, Yaponiya ilə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Yaponiya Biznes Assosiasiyasının (ROTOBO) nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib

Takafumi Nakai isə çıxışında ROTOBO-nun fəaliyyəti haqqında məlumat verərək, Azərbaycan və Yaponiya arasında ticarət və investisiya əlaqələrinin inkişafı, iş adamları arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı biznes görüşlərinin əhəmiyyətini vurğulayıb. strateji coğrafi mövqeyi və beynəlxalq ticarət imkanları barədə danışaraq, Yaponiya ilə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Yaponiya Biznes Assosiasiyasının (ROTOBO) nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib

Görüş çərçivəsində tərəflər iki ölkə arasında ticarət, investisiya, sənaye və innovasiya sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apararaq, gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər
Bütün xəbərlər »