Almaniya kansleri Fridrix Merz Bundestaqda çıxışı zamanı NATO-nun Ankarada keçirilən sammitinin nəticələrinin onun gözləntilərini üstələdiyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, o, sammitin hazırlanmasında göstərdiyi səylərə görə NATO-nun baş katibi Mark Rüttenə ayrıca təşəkkür edib.
“Mən deməliyəm ki, əldə olunan nəticə bütün gözləntilərimi aşdı”, — deyə Merz bildirib.
NATO sammiti iyulun 7-8-də Ankarada keçirilib. Yekun bəyannamə son ən azı 25 il ərzində görünməmiş dərəcədə qısa olub.
NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayırmaq barədə razılığa gəlib, həmçinin 2027-ci ildə də onu eyni səviyyədə dəstəkləmək öhdəliyi götürdüklərini bildiriblər. Bununla yanaşı, Ukraynanın alyansa qəbul edilməsi ilə bağlı öhdəlik yekun sənəddə qeyd olunmayıb.
Bizimyol.info






