Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Argentina yoldan qayıtdı: Dünya Çempionatında Afrikanın bir təmsilçisi qaldı
Argentina yoldan qayıtdı: Dünya Çempionatında Afrikanın bir təmsilçisi qaldı

Argentina milli komandası az qala Dünya Çempionatını tərk edəcəkdi. Misirlə qarşılaşma gözlənildiyindən xeyli çətin keçdi. Afrika təmsilçisi oyunun böyük hissəsində hesabda irəlidə oldu. Hesab 79-cu dəqiqəyə qədər 2:0 öndə idi. Arxayınlıq misirlilərə baha başa gəldi. Aqressiv hücumları artıran Argentina ardıcıl üç qol vurdu. Lionel Messi bu mundialdakı qollarının sayını 8-ə çatdırdı.

Bizimyol.info xəbər verir ki, Kriştiano Ronaldodan sonra Messi də evə yollanmağa yaxın idi. Misir böyük şansı əldən verdi. Həm də afrikalılar hakim qərarlarından narazı qaldılar. Misirin baş məqçisi Hossam Hassan hətta əsas vaxta əlavə olunmuş dəqiqələrdə komandasını meydandan çıxarmaq istəyirdi.

Dünya Çempionatında Afrikanın cəmi bir təmsilçisi qaldı. Mərakeş ¼ final mərhələsində Fransa səddini keçməyə çalışacaq. Olduqca çətin vəzifə sayılır. Fransa heyətinə görə mundialın ən güclülərindən biri, bəlkə də, ən güclüsü sayılır. Fransızlar indiyə qədər keçirdikləri bütün görüşlərdə qələbə qazanıblar.

İspanlar da yaxşı formadadır. Bu komanda hələ də qapısından top buraxmayıb.

Afrikalılar qrup mərhələsində pis oynamamışdı. 10 təmsilçidən 9-u mərhələ adlamışdı. Amma ustalıq səviyyəsi özünü göstərdi. Afrika komandaları uzağa gedə bilmədi.

Argentina növbəti mərhələdə İsveçrə-Kolumbiya qarşılaşmasının qalibi ilə oynayacaq. Bu istiqamətdə ən güclü komanda yarımfinalda İngiltərə-Norveç cütünün qalibi ilə üz-üzə gələcək. Tutaq ki, Fransa Mərakeşdən güclü oldu. Bu halda Didye Deşamın rəhbərlik etdiyi kollektivin yarımfinalda rəqibi İspaniya-Belçika görüşünün güclüsü olacaq.

Bombardirlərin yarışında hələlik Messi 8 qolla liderdir. Norveçin hücumçusu Erlinq Haland və Fransanın qol ümidi Kilian Mbappenin hesabında 7 top var. İngilis Harri Keyn 6 qol vurub. İndiyə qədər bir Dünya Çempionatında ən çox Jüst Fonten fərqlənmişdi. Fransız hücumçu 1958-ci ildə 13 qol vurmuşdu.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »