Türkiyə İran ətrafında yaranmış vəziyyətin həlli və Tehran-Vaşinqton münasibətlərinin müəyyən səviyyəyə çatdırılması istiqamətində səylər göstərir.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.
“Biz İran-ABŞ münasibətlərini müəyyən bir səviyyəyə çatdırmağa çalışırıq. Dünya sülhünə mümkün qədər töhfə vermək üçün hamımız birlikdə fəaliyyət göstəririk”, – deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri bildirib ki, Ankara regional sabitliyin təmin olunması və diplomatik həll yollarının təşviqi istiqamətində səylərini davam etdirir.
Qeyd edək ki, Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankaraya səfər edib. Onun Ərdoğanla görüşündə ikitərəfli münasibətlər, müdafiə sənayesi, Ukraynadakı vəziyyət və regional məsələlərin müzakirə olunduğu bildirilir.
Bizimyol.info






