Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşdən çıxarma iddiaları ilə bağlı TƏBİB-dən açıqlama
İşdən çıxarma iddiaları ilə bağlı TƏBİB-dən açıqlama

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan iddiaları yerində araşdırmaq üçün Baku TV Nizami Tibb Mərkəzində olub.

Bizimyol.info xəbər verir ki, tibb müəssisəsinin əməkdaşı Bəhruz Nəsirov rəhbərliyin onu öz ərizəsi ilə işdən çıxmağa məcbur etdiyini iddia edir.

Nizami Tibb Mərkəzinin şöbə müdiri Samir Məmmədov çəkiliş aparıldığını görərək əvvəlcə açıqlama verəcəyini bildirsə də, sonradan fikrini dəyişib - müsahibə verməkdən imtina edib.

Hüquqşünas Şamil Paşayev izah edir ki, işçinin işə qəbulu və işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməlidir:

İşəgötürənin, sadəcə olaraq, işçi ilə işləmək istəməməsi onun işdən çıxarılması üçün əsas ola bilməz. İşçiyə istənilən vaxt “öz ərizənlə işdən çıx” tələbini irəli sürmək qanun pozuntusudur.

İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilirlər. Bu hallarla bağlı işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər”.

  • Vətəndaşın öz ərizəsi ilə işdən çıxmağa məcbur edildiyi ilə haqda səsləndirilən iddialarla bağlı araşdırma aparılırmı?

Bu sualla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladım.

Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Aparılan araşdırmaya görə, Nizami Tibb Mərkəzinin Mühafizə bölməsinin işçisi Bəhruz Nəsirovun səsləndirdiyi iddialar həqiqəti əks etdirmir: "Bəhruz Nəsirova əmək fəaliyyəti dövründə yol verdiyi nöqsanlarla bağlı dəfələrlə irad bildirilib. Həmçinin iddialarda adıçəkilən Dəstək xidmətləri şöbəsinin müdiri Samir Məmmədov barəsində səsləndirilən ittihamlar da əsassızdır".

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »