Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ordusu Krım üçün yanacaq daşıyan tankerləri vurdu: “Madyar” detalları açıqlayıb
Ukrayna ordusu Krım üçün yanacaq daşıyan tankerləri vurdu: “Madyar” detalları açıqlayıb

6 iyul gecəsi Ukrayna Müdafiə Qüvvələri Taqanroqdan işğal altındakı Krıma benzin daşıyan iki tankerə uğurla zərbə endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert (Madyar) Brovdi Telegram kanalında məlumat verib. O bildirib: “Azov dənizində Taqanroqdan Krıma yanacaq daşıyan iki tanker məhv edilib”.

Məlumata görə, hər bir tanker təxminən 7 min ton yanacaq daşıyırdı (bu, təxminən 200 vaqon-sistern həcmindədir). Gəmilər 15781 layihəsinə aiddir.

Hərbi komandanın sözlərinə əsasən, həmçinin uzaqmənzilli S-400 “Triumf” zenit-raket kompleksinin (ZRK) iki buraxılış qurğusu da məhv edilib. Bu sistemlər quru hədəflərinə ballistik raketlərin buraxılması üçün istifadə olunurdu.

Sözügedən ZRK-lar Krımın işğal altında olan Qlazovka kəndində və Rusiya Federasiyasının Bryansk vilayətindəki Kosenki yaşayış məntəqəsində yerləşirdi.

Madyar əlavə edib ki, işğal altında olan Kerçdə neft bazası və “Nebo-U” radiolokasiya stansiyası da zərbəyə məruz qalıb. Onun məlumatına görə, ümumilikdə Ukrayna dronları düşmənin arxa cəbhəsində və əməliyyat dərinliyində 47 hərbi hədəfi vuraraq effektiv əməliyyatlar həyata keçirib.

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin açıqlamasına görə, həmin gecə “Volqaneft” sinfinə aid neft tankeri də zərbə alıb. Gəmi Azov dənizi ilə hərəkət edirdi. Bu tip tankerlər Rusiyanın yanacaq logistikasında mühüm rol oynayır.

Eyni zamanda Kerç limanındakı neft terminalı da yenidən vurulub. Bildirilib ki, bu baza işğal altındakı yarımadada neft məhsullarının qəbulunu, saxlanmasını və dəmiryolu, anbar və tankerlər arasında ötürülməsini təmin edir. Zərbələrin nəticələri dəqiqləşdirilir.

Məlumata görə, 6 iyul gecəsi Ukrayna Müdafiə Qüvvələri Yaroslavl şəhərində yerləşən “Slavneft-YANOS” neft emalı zavoduna da zərbə endirib. Həmçinin “NOVATEK-Ust-Luqa” neft emalı müəssisəsi (Slobodka yaşayış məntəqəsi) də vurulub.

Bundan əlavə, Kerçdə “TES-Terminal-1” adlı yüngül neft məhsulları ötürmə terminalına da zərbə endirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »