Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gecə Rusiya Kiyevə hücum edib, ölənlər və yaralananlar var
Bu gecə Rusiya Kiyevə hücum edib, ölənlər və yaralananlar var

Rusiya gecə saatlarında Kiyevə raket və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib. Hücum nəticəsində paytaxtın müxtəlif rayonlarında yaşayış binaları dağılıb, yanğınlar baş verib, ölən və yaralananlar var.

Bizimyol.info xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun son məlumatına görə, hücum nəticəsində 9 nəfər həlak olub, 46 nəfər yaralanıb. Yaralılar arasında beş uşaq da var. Dağıntılar altında insanların qaldığı ehtimal olunduğundan axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

Kiyev meri Vitali Kliçko bildirib ki, yaralılardan 14 nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında 7 və 8 yaşlı iki uşaq da var.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Podol rayonunda yaşayış binalarına ciddi ziyan dəyib. Bir neçə çoxmərtəbəli binada mərtəbələr dağılıb, dam örtükləri uçub, həyətlərdə avtomobillər yanıb. Xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirirlər.

Darnıtski rayonunda 25 mərtəbəli yaşayış binalarından birinin dördüncü mərtəbəsinə dağıntı qalıqları düşüb, digər binada isə mənzillərdə genişmiqyaslı yanğın baş verib. Başqa bir ünvanda 30 mərtəbəli yaşayış binasının 23–25-ci mərtəbələrində yanğın qeydə alınıb.

Qolosiivski rayonunda isə ilkin məlumata görə, qeyri-yaşayış binasında yanğın baş verib.

Xatırladaq ki, bundan əvvəl – iyulun 2-də də Rusiya Kiyevə raket və PUA-larla kütləvi hücum etmişdi. Həmin hücum zamanı 20-dən çox insan həlak olmuş, 100-ə yaxın şəxs yaralanmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »