Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın bir çox müşaviri Netanyahunun siyasətindən narazıdır
Trampın bir çox müşaviri Netanyahunun siyasətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın yaxın ətrafına daxil olan bir çox əsas müşavir İsrailin Baş naziri Benyamin Netanyahunun son addımlarından narazıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Trampın yaxın çevrəsində Netanyahunun son aylardakı qərarlarına münasibət getdikcə daha tənqidi xarakter alıb. Bildirilir ki, prezidentin müşavirlərinin bir qismi İsrail baş nazirinin bir sıra məsələlərdə yanlış qərarlar verdiyini düşünür.

Bununla yanaşı, Donald Tramp Netanyahuyla gələn həftə görüş keçirməyə hazır olduğunu bildirib.

İyunun əvvəlində Tramp "The New York Post" qəzetinə müsahibəsində təsdiqləmişdi ki, telefon danışığı zamanı Netanyahunu sərt şəkildə tənqid edib və onu emosional ifadələrlə qınayıb.

"Axios" daha əvvəl yazmışdı ki, Tramp İsrailin Livandakı hərbi əməliyyatlarını da kəskin tənqid edib. Onun fikrincə, bu addımlar ABŞ ilə İran arasında aparılan danışıqların gedişinə mənfi təsir göstərə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »