Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-nin İran rəhbərliyini hədəfə almayacağını bildirib
Tramp ABŞ-nin İran rəhbərliyini hədəfə almayacağını bildirib

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İran rəhbərliyini öldürmək niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqları mümkünsüz edər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı Trampa istinadən məlumat yayıb.

ABŞ lideri bildirib ki, İranın ali rəhbəri Əli Xamenei ilə vida mərasimini izləyib və İran rəhbərliyinin mərasimdə iştirak etdiyini qeyd edib. İranın yüksək vəzifəli şəxslərinə qarşı mümkün zərbə ehtimalını şərh edən Tramp: "Biz bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kim qalmayacaq", – deyə bildirib.

Trampın sözlərinə görə, İran tərəfi sülh sazişinin bağlanmasına can atır. O, həmçinin vida mərasimində bəzi iranlıların ağlamasını gördüyünü və bunun "bəlkə də saxta göz yaşları" ola biləcəyini iddia edib.

ABŞ prezidenti daha əvvəl İranla danışıqlara Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar bir həftəlik fasilə verildiyini də açıqlamışdı.

Məlumata görə, ABŞ və İsrailin zərbələri nəticəsində həlak olduğu bildirilən Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Tədbirdə 100-dən çox ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirak etdiyi qeyd olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »