Almaniya kansleri Fridrix Merz öz islahat kursunu müdafiə edərək, onu tənqid edənlərin kənara çəkilməli olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, Düsseldorfda Xristian-Demokrat İttifaqının (CDU) yerli bölməsinin qurultayında çıxışı zamanı bildirib.
“Əhvalı həmişə bədbin olanlar, fəlakət peyğəmbərləri, daim gileylənənlər, narazı peşəkar tənqidçilər — kənara! Biz ümid və optimizmlə işə başlayırıq və ölkəmizi layiq olduğu səviyyəyə yenidən yüksəldirik”, – deyə kansler əlavə edib.
Merz bir daha Almaniyanın yaxşı gələcəyə sahib olacağına inandığını vurğulayıb: “Ən yaxşı illər arxada qalmayıb. Əgər hər şeyi düzgün etsək, həmin yaxşı illər hələ qarşımızdadır”, - deyə bildirib.
Qeyd edək ki, bu həftə Almaniya hökuməti sosial və vergi sahələrini əhatə edən genişmiqyaslı islahatlar paketi təqdim edib.
Bizimyol.info






