Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: ABŞ İranla danışıqlara Xameneinin dəfninə görə bir həftəlik fasilə verib
Tramp: ABŞ İranla danışıqlara Xameneinin dəfninə görə bir həftəlik fasilə verib

ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlara bir həftəlik fasilə verildiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar İranın ali dini lideri Əli Xamenei ilə bağlı keçirilən dəfn mərasimi səbəbilə qəbul olunub.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə ABŞ-ın müstəqillik günü münasibətilə Cənubi Dakota ştatında yerləşən Rəşmor dağında etdiyi çıxış zamanı danışıb.

“Onlar razılaşmaq istəyirlər, çox istəyirlər. Biz onlara dəfn mərasimi ilə əlaqədar bir həftəlik fasilə verdik”, – deyə Tramp bildirib.

Məlumata görə, Tehranda Xameneinin vəfatı ilə bağlı vida mərasimi iyulun 3-də başlayıb. ABŞ mətbuatının yazdığına əsasən, Vaşinqton və Tehran arasında danışıqların 60 günlük müddət çərçivəsindən kənara çıxması da istisna edilmir.

Eyni zamanda bildirilir ki, ABŞ, İran və vasitəçi rolunu oynayan Pakistan arasında əvvəlcədən əldə olunan razılaşma Yaxın Şərqdə gərginliyin azaldılmasını nəzərdə tutur. Razılaşma çərçivəsində İranın nüvə proqramı ilə bağlı müzakirələrin aparılması planlaşdırılır.

Məlumatlara görə, tərəflər müəyyən mərhələdə hərbi əməliyyatların dayandırılması və dəniz blokadasının aradan qaldırılması kimi addımları da müzakirə edib.

Bununla belə, regionda vəziyyət hələ də həssas olaraq qalır və danışıqların nəticəsi qeyri-müəyyən hesab edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »