Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə fırıldaq - DİQQƏTLİ OLUN! - VİDEO
Bəzi miqrasiya və viza dəstəyi şirkətləri sosial şəbəkələr vasitəsi ilə insanları aldadır.

Facebook sosail şəbəkəsində fəaliyyət göstərən ''Kanada və Avropaya miqrasiya və viza dəstəyi'' adlı səhifədə qeyd edilib ki, ''2 il əvvəl Hollandiyaya miqrasiya etdiyimiz Emin Məhərrəmov artıq Hollandiyada öz biznesini qurub''.

Səhifəni işlədənlər güya restoranın açılışından olan bir şəkilidə paylaşıb.

Həmin şəkil araşdırıldıqda isə məlum olur ki, bu şəkil Özcan Kara adlı bir türk vətəndaşının Hollandiya yox, Almaniyada, Frankfurtda fəaliyyətə başlayan "Mola Frankfurt" adlı kafesinin açılışda çəkilib və internetdə paylaşılıb. Yəni Hollandiyada şəxsi biznes açmış azərbaycanlı immiqrant Emin Məhərrəmov adlı şəxs yoxdur.

Ekspertlər də qeyd edir ki, müxtəlif vədlərlə insanlar aldadılır, müştər isə yalnız söz verilən ölkəyə getdikdən sonra aldadıldığını başa düşür. Belə hallara qarşı vətəndaşlar diqqətli olmalıdır.

Vətəndaşlar müraciət etdikləri şirkətlərin hansı sənədlər əsasında xidmət göstərməsinədə diqqət etməlidir. Çünki uğursuz miqrasiya onu edən şəxs üçün böyük problemlər aça hətta həyatı bahasınada başa gələ bilər.

Aldadılan müştərilər isə bu barədə hüquq mühafizə orqanlarına və məhəkəmələrə müraciət edə bilərlər. /xezerxeber.az

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »