Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-la İsrailə xəbərdarlıq edib: Xameneyinin vida mərasimləri ərəfəsində hücum etməyin...
İran ABŞ-la İsrailə xəbərdarlıq edib: Xameneyinin vida mərasimləri ərəfəsində hücum etməyin...

İran Silahlı Qüvvələrinin “Hatəmül-Ənbiya” mərkəzi qərargahının rəisi Hatəmül-Ənbiya Mərkəzi Qərargahınin rəhbəri Əli Abdollahi ABŞ və İsraili İrana qarşı mümkün hücumlardan çəkinməyə çağırıb və ciddi əks-zərbələr barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, o, ölkənin ali rəhbəri Əli Xameneyinin vida mərasimlərinin keçirildiyi günlər “həssas və ibrətamiz dövr” hesab olunduğunu bildirib. Abdollahi vurğulayıb ki, bu günlərdə İrana qarşı hər hansı səhv addım ciddi cavabla qarşılanacaq.

Onun sözlərinə görə, ABŞ və İsrail də daxil olmaqla “İranın düşmənləri” hər hansı təxribat və ya hücumdan çəkinməlidirlər: “Bu günlərdə hücum etməyin. İran xalqının və silahlı qüvvələrində xidmət edən övladlarının sərt cavabını unutmamalısınız”, - deyə bildirib.

Məlumatlara əsasən, vida mərasimləri Tehranda 3 iyulda başlayacaq. 4–5 iyul tarixlərində cənazə Tehranın “Mossalla” kompleksində ictimai ziyarətə açıq olacaq. 6 iyulda şəhərin əsas küçələrində matəm yürüşü keçiriləcək, daha sonra cənazə Quma aparılacaq.

7 iyulda Qumda mərasimlər davam edəcək, 8 iyulda isə cənazə İraqın Kərbəla və Nəcəf şəhərlərində keçiriləcək xüsusi mərasimlər üçün qonşu ölkəyə aparılacaq. Dəfn mərasiminin 9 iyulda İranın Məşhəd şəhərində baş tutacağı bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »