Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərinin çəkilməsinin vacibliyini vurğulayıb
Paşinyan Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərinin çəkilməsinin vacibliyini vurğulayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Avropa İttifaqı (Aİ) ilə nəqliyyat əlaqələri, energetika və yüksək texnologiyalar sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır.

Bizimyol.info xəbər verir ki, "Armenpress" agentliyinin məlumatına görə, o, bu fikirləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Paşinyanın sözlərinə görə, son aylarda Ermənistan və Avropa İttifaqı nəqliyyat infrastrukturu sahəsində mühüm irəliləyiş əldə edib.

"Ermənistanla Aİ Sammiti çərçivəsində Ermənistanın Aİ ilə tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsi, eləcə də ötən həftə Brüsseldə keçirilən nazirlər konfransı çərçivəsində Ermənistan, Avropa Komissiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı arasında Ermənistanın üç sərhəd-keçid məntəqəsi, eləcə də iki şimal avtomobil yolu üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına dair niyyət məktubu, həçinin bəyanatın imzalanması bunun bariz nümunəsidir", – deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, Ermənistan üçün enerji sektorunda strateji əhəmiyyət daşıyan layihələrdən biri enerji saxlama sistemlərinin yaradılmasıdır. Onun sözlərinə görə, bu, bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən daha səmərəli istifadə etməyə imkan verəcək.

"Bu məsələ ilə bağlı Avropa İttifaqının dəstəyinin təsdiqlənməsi və ayrılması mövzusunu da həmkarımla müzakirə etdik", – deyə Paşinyan bildirib.

O, "Sülh qovşağı" təşəbbüsündən danışarkən enerji əlaqələrinin genişləndirilməsinin, o cümlədən Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərinin, eləcə də digər enerji bağlantılarının yaradılmasının vacibliyini vurğulayıb.

"Bu addımlar həm enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də yaşıl keçid hədəflərinə nail olunmasına töhfə verə bilər", – deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan deyib ki, Ermənistan rəqəmsal texnologiyalar, süni intellekt, yüksək texnologiyalar və innovasiyalar sahəsində də Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. O bildirib ki, ölkə eyni zamanda Avropa özəl investisiyalarının artımını təşviq edəcək əlverişli mühit yaratmağa çalışır.

"Bu baxımdan Ermənistanın Qara dənizdə sualtı elektrik ötürücü xətləri və rəqəmsal kabel layihələrində iştirakına böyük önəm verirəm", – deyə o əlavə edib.

Sonda Paşinyan Avropa İttifaqına Ermənistanın demokratik institutlarına, iqtisadi dayanıqlılığına və iki tərəf arasında əməkdaşlığın dərinləşdirilməsinə göstərdiyi davamlı dəstəyə görə təşəkkür edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »