Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda kompüter fırıldaqçılığı ilə məşğul olan dəstə saxlanılıb
İrəvanda kompüter fırıldaqçılığı ilə məşğul olan dəstə saxlanılıb

Yerevanda kompüter fırıldaqçılığı ilə məşğul olan bir qrup şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat vrib.

Kibercinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları “Bağrevand” məhəlləsində bir qrup şəxsin iri miqyaslı kompüter oğurluqları ilə məşğul olması barədə məlumat əldə ediblər. Aparılan araşdırmalar nəticəsində şübhəli şəxslərin kimliyi, sayı və iş qrafiki müəyyən edilib.

İyunun 15-də polis həmin şəxslərin olduğu ünvana əməliyyat keçirərək axtarış aparıb. Nəticədə sənədlər, elektron daşıyıcılar, xarici şəxsiyyət vəsiqələri, mobil telefonlar və xarici SIM kartlar götürülüb.

Şübhəlilərdən biri iki tapançanın mövcud olduğunu da bildirib. Həmin silahlar ekspertiza üçün müsadirə edilib, silahların sahibi isə saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyi qrupun fəaliyyəti ilə bağlı təfərrüatların müəyyənləşdirilməsi üçün ABŞ və Avropa İttifaqındakı tərəfdaş qurumlarla fəal əməkdaşlıq aparır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »