Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-la İran nümayəndə heyətləri Dohada vasitəçilərin iştirakı ilə danışıqlara başlayıblar
ABŞ-la İran nümayəndə heyətləri Dohada vasitəçilərin iştirakı ilə danışıqlara başlayıblar

Qətərin vasitəçiliyi ilə ABŞ və İran nümayəndə heyətləri arasında vasitəçilərin iştirakı ilə danışıqlar Dohada başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndə heyəti artıq Qətər rəsmiləri ilə məsləhətləşmələrə başlayıb.

"Reuters" agentliyi isə yüksək vəzifəli İran rəsmisinə istinadən xəbər verib ki, Vaşinqton və Tehran arasında vasitəçilərin iştirakı ilə təmaslar çərşənbə axşamı axşam saatlarından etibarən Qətərin paytaxtında davam edir. Mənbənin sözlərinə görə, İran tərəfi əvvəlcə Qətər və Pakistan nümayəndələri ilə görüşlər keçirib, daha sonra həmin görüşlərin nəticələri ABŞ nümayəndə heyətinə çatdırılıb.

Agentliyin həmsöhbəti bildirib ki, çərşənbə günü vasitəçilərlə danışıqlar davam etdirilib və əsas müzakirə mövzuları “İranın dondurulmuş aktivləri” və Hörmüz boğazı olub.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Amerika tərəfi ilə görüş keçirilməsi üçün müraciət etdiyini açıqlamışdı. Vaşinqtonu danışıqlarda Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner təmsil edir. Bununla belə, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, Dohada ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların keçirilməsi nəzərdə tutulmur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »