Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı hallarda vətəndaş hərbi xidmətə yararsızdır?
Hansı hallarda vətəndaş hərbi xidmətə yararsızdır?

Azərbaycanda 18-30 yaş arası kişilər hərbi xidmətə çağırılır. Lakin qanunvericiliyə əsasən bəzi vətəndaşlara təhsil, ailə vəziyyəti və ya sağlamlıq səbəbindən möhlət verilir, bəziləri isə hərbi xidmətdən tam azad edilir.

Təhsil alan şəxslər müəyyən yaş həddinədək çağırışdan möhlət ala bilərlər. Həmçinin əlil valideynin yeganə övladı olanlar, üç və daha çox uşağı olan atalar və ailə üzvlərinə qulluq edən bəzi şəxslər də bu hüquqdan yararlanırlar.

Sağlamlıq vəziyyətinə görə müvəqqəti yarasız sayılan vətəndaşlara isə müəyyən müddətə möhlət verilir. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan şəxslər Azərbaycan vətəndaşlığını qəbul etməzdən əvvəl başqa ölkədə hərbi xidmət keçənlər, eləcə də hərbi xidmətə tam yararsız hesab edilən vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən azad olunurlar. Qanunsuz olaraq hərbi çağırışdan yayınan şəxslər isə inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Saytımızın şərhlər bölməsində oxucular onları maraqlandıran suallarla müraciət ediblər.

  • Bir vətəndaş bildirir ki, onda II dərəcəli skolioz var. O soruşur: Bu halda hərbi xidmətə çağırıla bilərmi?

Kənan adlı vətəndaş isə ayaqaltı yastılığının II dərəcəli olduğunu bildirərək soruşur ki, o, bu vəziyyətdə hərbi xidmətə aparılacaqmı?

  • II dərəcəli skolioz və II dərəcəli yastıpəncəliyi olan şəxslər hərbi xidmətə yararlı hesab edilirmi?

Bu barədə Bizimyol.info xəbər portalına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov danışıb:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən II (ikinci) dərəcəli skoliozu olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən II dərəcə yastıayaqlılıq diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər”, - deyə şöbə rəisi vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »