Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: ABŞ ilə əlaqələr hərbi deyil, siyasi kanallar vasitəsilə aparılır
İran XİN: ABŞ ilə əlaqələr hərbi deyil, siyasi kanallar vasitəsilə aparılır

İran Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Tehran və Vaşinqton arasında əlaqələr hərbi deyil, siyasi kanallar vasitəsilə həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, nazirliyin sözçüsü İsmail Beqai mətbuat konfransında deyib ki, iki ölkə arasında kommunikasiya kanalları mövcuddur, lakin bu əlaqələr hərbi qurumlar arasında deyil, diplomatik strukturlar vasitəsilə aparılır.

“Əlaqə kanalları hərbi orqanlar arasında deyil, iki ölkənin siyasi qurumları arasındadır. Bizim tərəfdən bu, Xarici İşlər Nazirliyidir, ABŞ tərəfdən isə onların müvafiq səlahiyyətli qurumlarından biridir”, – deyə o bildirib.

Xatırladılır ki, 28 iyunda Axios portalı mənbələrə istinadən yazmışdı ki, ABŞ Silahlı Qüvvələri ilə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) arasında Hörmüz boğazında gəmiçiliyin koordinasiyası üçün nəzərdə tutulan birbaşa rabitə xətti hələ də işə düşməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »