Tehran Vaşinqtonla yekun saziş üzrə danışıqlara yalnız İranla ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bir neçə bəndi yerinə yetirildikdən sonra başlayacaq.
Bizimyol.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
"ABŞ ilə görüşün konkret məqsədi və zərurəti olmalıdır. Əgər yekun saziş üzrə danışıqlara başlamaqdan danışırıqsa, bu, qarşılıqlı anlaşma memorandumunun 1-ci, 5-ci, 10-cu və 11-ci bəndlərinin icrası ilə şərtlənir. Yaxın günlərdə mövcud prosesi qiymətləndirəcək və yekun saziş üzrə danışıqlara nə vaxt başlanacağına qərar verəcəyik", – deyə o, mətbuat konfransında bildirib.
Bizimyol.info






