Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Ukrayna üzrə danışıqların bərpası istiqamətində çalışır – Ərdoğan
Türkiyə Ukrayna üzrə danışıqların bərpası istiqamətində çalışır – Ərdoğan

Türkiyə Ukraynada münaqişənin nizamlanması ilə bağlı danışıqların yenidən başlanması və diplomatik prosesin canlandırılması istiqamətində fəaliyyətini davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mers ilə telefon danışığı zamanı bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Ərdoğan bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasında müharibənin davamlı sülhlə başa çatması üçün səylər göstərir. O, həmçinin bildirib ki, Türkiyə danışıqların bərpası və diplomatik prosesin yenidən fəallaşdırılması üzərində işləyir.

Xatırladaq ki, 2025-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç mərhələdə birbaşa danışıqlar keçirilib. Türkiyə hakimiyyəti dəfələrlə Ukrayna ilə bağlı növbəti danışıqlara və mümkün sammitə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »