Fransa Prezidenti Emmanuel Makron rəsmi görüş zamanı yenə də gün eynəyi ilə ictimaiyyət qarşısına çıxıb.
Bizimyol.info xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Telekanalın hazırladığı videoreportajda Makronun Oman Sultanı Heysəm bin Tariq Al Səidlə keçirilən rəsmi görüş zamanı, eləcə də qapalı məkanda baş tutan sənədlərin imzalanması mərasimində gün eynəyini çıxarmadığı görünür.
Xatırladaq ki, Fransa lideri yanvar ayında da bir neçə rəsmi tədbirdə, o cümlədən Davosda keçirilən Ümumdünya İqtisadi Forumundakı çıxışı zamanı gün eynəyi taxıb. Həmin vaxt bunun səbəbi gözündə qan damarının partlaması idi. Bu hadisədən sonra istehsalçı şirkətin rəsmi saytında sözügedən eynəklərə tələbatın əhəmiyyətli dərəcədə artdığı bildirilmişdi.
Bizimyol.info






