Hatay vilayətinin zəngin arxeoloji xəzinələri arasında həm tarixi dövrün sosial həyatını işıqlandıran, həm də regional kənd təsərrüfatı ənənələrinin qədimliyini sübut edən elə əsərlər var ki, onların dəyəri birbaşa faktların reallığında gizlənir. Bu unikal əsərlərdən biri — arxeologiya ədəbiyyatında tapıldığı yerin adı ilə tanınan Hassa Mazmanlı "Bağ bozumu" mozaikasıdır.
2002-ci ildə Hatay vilayətinin Hassa rayonu, Mazmanlı məhəlləsində həyata keçirilən xilasetmə qazıntıları zamanı tam olaraq üzə çıxarılan bu əsər, qədim dövrün gündəlik həyat ritmini günümüzə daşıyır.
Miladdan sonra V-VI əsrlərə aid edilən bu mozaika, təxminən 6 kvadratmetrlik bir sahəni əhatə edir. O, dövrün memarlıq strukturlarına uyğun olaraq üçnefli bazilikal planlı bir kilsənin döşəmə qaplaması olaraq qeydə alınmışdır. Əsər uzun illər qorunma altında saxlandıqdan sonra restavrasiya edilmiş və Hatay Arxeologiya Muzeyində sərgilənməyə başlamışdır. Mozaikanın kilsə döşəməsində yer alması, o dövrün dini tikililərində belə yerli həyatın və bərəkətin simvollarının necə böyük dəyər qazandığını göstərir.
Mozaikanın üzərindəki təsvir tamamilə real və canlı bir kənd təsərrüfatı səhnəsini əks etdirir:
- Kompozisiyanın fonunda bir-birinə hörülmüş üzüm budaqları və yarpaqları yer alır.
- Əsas süjet xəttində üzüm yığımı sonrasında toplanan məhsulun eşəyə yüklənərək daşınması təsvir edilmişdir.
- Heyvanın üzərinə bərkidilmiş səbətlər və məhsulu daşıyan işçinin fiquru dövrün logistik və kənd təsərrüfatı metodlarını vizuallaşdırır.
Bu kompozisiyanı regional tarix baxımından unikal edən ən böyük fakt, onun keçmişlə günümüz arasında qurduğu canlı körpüdür. Mozaika üzərində təsvir edilən bu üzüm yığımı, keçmişdən günümüzə qədər olan zaman dilimi içində Hassa bölgəsində kəsintisiz davam edən bağçılıq mədəniyyətini sənədləşdirən ən güclü arxeoloji sübutdur.
Orxan Musabəyli, Bizimyol.info






